Bu il Azərbaycanda 41 min nəfərə əlillik təyin edilib
1922
09 Nov 2023 | 10:20

Bu il Azərbaycanda 41 min nəfərə əlillik təyin edilib

Yanvar-oktyabr aylarında 41,3 min şəxsə əlillik təyin edilib, 69,8 min şəxsə reabilitasiya xidməti göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında 41,3 min şəxsə əlillik təyin edilib.

Onlardan 20,5 mininə ilkin, 20,8 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 69,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər