Yüksək marka adı altında ucuz betona deyil, keyfiyyətli betona üstünlük verilməlidir - FOTO
Cəmiyyət
2163
02 Nov 2023 | 09:55

Yüksək marka adı altında ucuz betona deyil, keyfiyyətli betona üstünlük verilməlidir - FOTO

 

  

Son illər qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələlər on minlərlə adamın həyatına son qoymuş, dəhşətli fəsadlar törətmişdir. Təbii ki, dünyada heç bir ölkə baş verə biləcək belə təbii faciələrdən-zəlzələlərdən sığortalanmamışdır. Ölkəmizin bir sıra bölgələrində son vaxtlar baş vermiş tektonik proseslər yeni inşa edilmiş yaşayış evlərinin və digər binaların baş verə biləcək zəlzələlərə davamlı olub-olmaması məsələsinin aktuallığını bir daha ortaya çıxarır, binaların tikintisində istifadə edilən betonun keyfiyyəti, markası ilə bağlı suallar yaranır.

  

Respublikamızın digər bölgələri ilə yanaşı, ələlxüsus Bakı və Abşeron sakinlərini narahat edən əsas məsələlərdən biri də odur  ki, yaşadığımız evlər zəlzələyə davamlıdırmı, güclü zəlzələlər baş verərsə Azərbaycan qardaş Türkiyənin aqibəti ilə üzləşə bilərmi?

  

Vətandaşlarımız bu məsələdən həqiqətən çox narahatdırlar, onların yaşadıqları binalar 8 bal və daha çox gücdə ola biləcək zəlzələyə davam gətirəcəkmi? Ən başlıcası yaşadıqları binaların tikintisində istifadə olunan betonun keyfiyyətinin texniki normalardan aşağı ola bilməsi vətəndaşlarımızı narahat edir.

  

Əməkdaşımız  mövzü ilə bağlı bir sıra suallarla ölkənin ən iri və qabaqcıl beton istehsalçılarından olan “Crystal  Beton” Qapalı  Səhmdar  Cəmiyyətinin  baş texnoloqu Nuşirəvan Rüstəmova müraciət etmiş, ondan müsahibə almışdır. Məlumat üçün onu da bildiririk ki, 2022-ci ildə  “Crystal Beton” QSC-i  “Biznes Time”  jurnalının apardığı sorğulara görə “İlin beton istehsalçısı” nominasiyası üzrə qalib olub. Beton istehsalı sahəsində tanınmış ekspert, “Crystal Beton” QSC-nin baş texnoloqu Nuşirəvan Rüstəmovun bizim auditoriyamızın çoxsaylı oxucuları üçün geniş maraq doğuracaq əhəmiyyətli müsahibəsini diqqətinizə təqdim edirik:

  

-Nuşirəvan müəllim,  “Crystal Beton” QSC-i  barədə daha ətraflı məlumat verməyinizi xahiş edirəm.

  

-Böyük məmnuniyyətlə, “Crystal Beton” QSC-i  artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Səhmdar  Cəmiyyət özündə bir neçə ən müasir beton zavodunu birləşdirir. Zavodların hər biri ən müasir laboratoriya avadanlıqları ilə təchiz olunmuşdur. “Crystal Beton” QSC-də  çox güclü kadr potensialı formalaşmışdır. Səhmdar Cəmiyyət Bakı, Abşeron və Sumqayıtda əsas beton istehsalçılarındandır, respublikanın tikinti kompleksinə daxil olan əsas qurumlar arasında böyük nüfuza və  güvənə malikdir. Bütün bunlar isə illər ərzində yüksək keyfiyyət, dürüstlük və operativlik nəticəsində əldə olunmuşdur.

   Məhz dediklərimizin və daim yeniliyə can atmanın, təşəbbüskarlığın nəticəsidir ki,  “Crystal Beton” QSC-i  İSO 9001:Keyfiyyət İdarəetmə Sistemi Standartına, İSO 14001: Ətraf  Mühitin İdarəetmə Sistemi Standartına,  İSO 45001:  İş sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi Standartına malik sanballı bir qurumdur. Əməkdaşlarımız  Bitrix 24 proqramından istifadə edərək vahid bir sistemdə çalışırlar. Bu proqram şirkət daxilində ümumi intizamın və iş keyfiyyətinin yüksəldilməsi üçün dünyada ən effektli proqramlardan biri hesab olunur. Bir sözlə, “Crystal Beton” QSC-də sistem ən müasir tələblər səviyyəsində qurulmuşdur.

Onu da vurğulamaq istəyirəm ki, tikinti şirkətlərinə təkcə tələb olunan markada beton verməklə işimizi bitmiş hesab etmirik, eyni zamanda şirkətimizin mütəxəssiləri tərəfindən inşaat meydançalarında lazımi texniki xidmətlər göstəririk və çalışırıq ki, inşaatçılarımızı layihələr üzrə tələb olunan marka betonqarışıqları ilə təmin edək.

  

-Nuşirəvan müəllim “Crystal Beton” QSC-də istehsal olunan betonların növləri barədə nə deyə bilərsiniz ?

  

Beton zavodlarımızda əsasən həcm çəkisi 2000-2400 kq/m3  olan ağır betonlar və həcm çəkisi 1400-1800 kq/m3  olan yüngül keramzit betonlar istehsal olunur. Bundan əlavə sifarişçilərin istək və tələblərinə uyğun olaraq aşağı marka betonlar da istehsal edirik.

  

-Beton istehsalında daha çox hansı sementlərdən istifadə edirsiniz ?

  

Adətən, beton istehsalında geniş yayılmış və sınaq testlərində özünü doğruldan sementlərdən istifadə edirik. Bura 52,5 marka portland sement, 42,5 marka pussolan əlavəli portland sement, 42,5 marka R mineral əlavəli sulfatadavamlı portldan sementlər daxildir.

   -Nuşirəvan müəllim, zavodlarınızda hansı markada (möhkəmlikdə) betonlar istehsal olunur ?

  

Hal-hazırda sifarişçi təşkilatların və fərdi şəxslərin tələblərinə uyğun olaraq 100 markadan 800 markayadək beton istehsal edirik. Tələbat və sifariş olarsa 1000 markayadək beton istehsal etmək imkanımız var.

   -Betonun keyfiyyət göstəriciləri hansılardır ?

  

Betonun əsas keyfiyyət göstəricilərinə möhkəmlik, su keçirməzlik və şaxtaya davamlılıq aiddir. İstehsal olunan betonların qeyd olunan keyfiyyət göstəriciləri mütəmadi bizim laboratoriyalarda yoxlanılır. Betonun möhkəmliyi laboratoriya şəraitində yoxlanılır, bunun üçün betonun kub və silindr şəkilli nümunələri hidravliki pressdə sıxılmaqla nümunənin markası müəyyən edilir. Tikinti sahəsində isə, əvvəlcədən tökülmüş betonların möhkəmliyini (markasını) Smit çəkicləri vasitəsilə müəyyən edirik.

   -İsti və şaxtalı havalarda beton istehsalı ilə bağlı fikirləriniz ?

  

İsti havalarda beton istehsalı zavodlarda quraşdırılmış su soyutma sistemlərindən istifadə edilməklə suyu 5°C- yə qədər soyutmaqla və quru buzdan istifadə etməklə, həmçinin isti havalar üçün nəzərdə tutulmuş qatqılardan istifadə etməklə yerinə yetirilir.

  

Soyuq havalarda isə betonun tərkibindəki materiallar və su buxar vasitəsilə müəyyən qədər qızdırılmaqla beton istehsal olunur. Şaxtalı havalarda beton istehsal edərkən materialları qızdırmaqla yanaşı betonun tərkibinə şaxtayadavamlı kimyəvi qatqılar da əlavə edilir.

   -Betonun tərkibindəki materialların keyfiyyəti dedikdə nəyi başa düşək ?

   Qeyd etdiyim kimi zavodlarımızda quraşdırılmış müasir laboratoriyalarda betonun tərkibindəki materialların keyfiyyət göstəriciləri müəyyən edilir, yəni:

   -Qum:  tərkibindəki toz və gil hissəciklərinin miqdarı, çınqılın miqdarı, irilik modulu təyin olunur;

   -Qırmadaş:  daş-toz və gil hissəciklərinin miqdarı, yastı və iynəvari hissələr, sınmamış hissələrin miqdarı, fraksiyaların ölçüsü və miqdarı təyin edilir;

   -Sement:  narınlıq, normal qatılıq, tutma müddəti, həcminin müntəzəm dəyişməsi, möhkəmliyi təyin olunur.

   -Nuşirəvan müəllim, Crystal Beton QSC tərəfindən beton istehsalında hansı kimyəvi qatqılardan istifadə olunur?

   Betona qoyulmuş texniki tələblərə uyğun olaraq superplastikləşdirici, polimer, ləngidici və bərkiməni sürətləndirən qatqılardan istifadə edirik.

  

-Beton qarışığının tez bərkiməsini necə təmin etmək olar?

  

Sifarişçinin tələbinə uyğun olaraq bəzən beton qəliblərin tez sökülməsi istənilir. Bu məqsədlə, betonun möhkəmliyinin erkən təmin olunması üçün bərkiməni tezləşdirən qatqılardan istifadə etmək tələb olunur və məsləhət görülür.

  

-Bir mütəxəssis kimi, deyə bilərsinizmi, zəlzələyə davamlı beton istehsal etmək üçün nə etmək lazımdır?

  

Zəlzələyə davamlı beton istehsal etmək üçün ilk növbədə, beton qarışıqların tərkibində yüksək keyfiyyətli materiallardan istifadə olunmalı, yüksək marka betondan istifadə olunmalı, armatur elementləri düzgün hesablanmalı, mühafizə qatı düzgün qoyulmalıdır. Eyni zamanda, zəlzələyə davamlı betonlar hazırlamaq üçün yuxarıda qeyd olunanlarla yanaşı, armatur karkasla bərabər fibrobetondan istifadə etsək zəlzələyə davamlı konstruksiya almış olarıq.

  

-Beton qarışıqların hazırlanmasında istifadə olunan su hansı tələblərə cavab verməlidir?

  

Beton qarışıqların hazırlanmasında istifadə olunan su da digər komponentlər kimi mütəmadi olaraq laboratoriyamızda analiz edilir, yoxlanılır. Beton qarışıqların hazırlanmasında hidrogen göstəricisi  (pH) 4-dən az və 12,5-dən çox olmayan içməli sudan istifadə olunur. Suyun tərkibində sulfatların miqdarı 2700  mq/litrdən, bütün duzların miqdarı isə 5000 mq/litrdən çox olmamalıdır.

  

-Tikinti aparan şirkətlərə betonun keyfiyyəti haqqında  tövsiyyələriniz?

  

Əsas tövsiyyəm odur ki, tikinti işlərinə peşəkar inşaatçıları cəlb etsinlər, mütəmadi betonun keyfiyyətinə nəzarət etsinlər. Ən vacib tövsiyyəm: özünün sınaq laboratoriyası və qarışdırıcı mikserləri olan beton zavodlardan beton qarışıqları alsınlar, yəni zəlzələyə davamlı binaların tikintisi üçün keyfiyyətli beton məmulatlarını ancaq peşəkarlardan alsınlar!

  

Sonda  xalqımızın belə bir deyimini xatırlatmaq istərdim:

“Həkimin 1 səhvi nəticəsində 1 nəfər dünyasını  dəyişərsə, 1 mühəndisin xırda 1 səhvi 100-lərlə insanın həyatına son qoya bilər!” Mənzil almaq istəyənlərə bir tövsiyyəm də budur ki, mənzili alarkən onun qiymətinin aşağı olmasına deyil, keyfiyyətlə tikilməsinə, hansı marka betondan istifadə etdiklərini, betonun mənbəyini (istehsalçı və sair) özləri üçün dəqiqləşdirsinlər. Yüksək marka adı altında ucuz betona deyil, keyfiyyətli betona üstünlük verilməlidir!

  

Müsahibəni nikbin notlarla yekunlaşdırmaq istərdim:

 

Azərbaycanda çox güclü peşəkar beton istehsalçıları və inşaatçılar ordusu yetişmişdir. Heç şübhəsiz ki, onların inşa etdiyi mənzillərdə soydaşlarımız heç bir zəlzələ təhlükəsi olmadan rahat, risksiz yaşayacaqlar İnşaallah! Onu da dəyərli soydaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycanımızın aidiyyəti  dövlət qurumları tərəfindən istər beton istehsalına, istərsə də tikinti işlərinə lazımi dövlət nəzarəti həyata keçirilir!

Web sayt :  www.crystalbeton.az

İnstagram:  www.instagram.com/crystalgroup_beton

Facebook:  www.facebook.com/CrystalBeton

Mobil Tel / Whatsapp :  +994(70) 223-22-00

 

11479991148000
Link kopyalandı!
Son xəbərlər