Oktyabr ayının müavinət, təqaüd, ünvanlı yardımlarıxa0ÖDƏNİLDİ
Cəmiyyət
2151
26 Oct 2023 | 17:57

Oktyabr ayının müavinət, təqaüd, ünvanlı yardımlarıxa0ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi başa çatdırılıb.
 
Bu barədə Moderator.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Bildirilib ki, bundan əvvəl - oktyabrın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 13-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin oktyabr ayının pensiyaları ödənilib.
 
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər