Xırdalanda hər gün eyni vaxtda yolu bağlayan zibildaşıyan maşın narazılıq yaratdı - VİDEO
Cəmiyyət
1862
18 Oct 2023 | 11:57

Xırdalanda hər gün eyni vaxtda yolu bağlayan zibildaşıyan maşın narazılıq yaratdı - VİDEO

Abşeron rayonunda səhər saatlarında zibildaşıyan maşının hərəkəti digər sürücülərin etirazına səbəb olub.

Hadisə barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Xırdalanda, Heydər Əliyev prospektində səhər saat səkkiz radələrində hərəkət edən zibildaşıyan maşın yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

 

Vətəndaş iddia edir ki, çoxtonnajlı maşın hər gün eyni vaxtda yolu bağlayır. Belə olan halda, xüsusən də işə tələsən və övladını məktəbə aparan valideynlərə böyük çətinlik yaranır.

Sözügedən görüntüləri təqdim edirik:

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər