Azərbaycan Pauerliftinq İdman Federasiyasının prezidenti dövlət başçısını təbrik edib
Cəmiyyət
3387
15 Oct 2023 | 23:11

Azərbaycan Pauerliftinq İdman Federasiyasının prezidenti dövlət başçısını təbrik edib

Moderator.az xəbər verir ki, Azərbaycan Pauerliftinq İdman Federasiyasının prezidenti, Prezident mükafatçısı, dünya və Avropa çempionu Ələddin Əliyev Prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubunda deyilir:

 

“Cənab Ali Baş Komandan, Milli Olimpiya komitəsinin prezidenti İlham Heydər oğlu Əliyev!

Sizi Müstəqil Azərbaycan Respublikasının prezidenti seçilməyinizin 20-ci ildönümü münasibətilə Qərbi Azərbaycanın Göyçə Mahalının İdmançıları adından səmimi qəlbdən təbrik edirik. Sizə bu müqəddəs və məsuliyyətli vəzifənizdə uğurlar və müvəffəqiyyətlər arzu edirik. Ən böyük arzumuz odurki, Göyçə gölündə bu müqəddəs bayrağımızı Siz Mehriban xanımla birlikdə doğma Göyçəmizdə dalğalandırasınız inşAllah.

 

Uca Allah Sizi qorusun!

 

Siz də Dövlət və Millətimizi qoruyasınız!

 

Amin!”

 

Hörmətlə,

Azərbaycan Pauerliftinq İdman Federasiyasının prezidenti, Prezident mükafatçısı, dünya və avropa çempionu

Ələddin Əliyev

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər