Gələn il azad edilən ərazilərin bərpasına minimum 2,4 milyard ABŞ dollarının ayrılması planlaşdırılır
2001
29 Sep 2023 | 13:45

Gələn il azad edilən ərazilərin bərpasına minimum 2,4 milyard ABŞ dollarının ayrılması planlaşdırılır

Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq.

Link kopyalandı!
Son xəbərlər