Antiterror tədbirləri zamanı şəhid olan Elşad Süleymanovla vida mərasimi keçirilir
2024
29 Sep 2023 | 11:30

Antiterror tədbirləri zamanı şəhid olan Elşad Süleymanovla vida mərasimi keçirilir

Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan Süleymanovun Elşad Məmməd oğlunun nəşi Goranboy rayonu Qızılhacılı qəsəbəsinə gətirilib.

Hazırda şəhidin ailə üzvlərinin yaşadığı evin önündə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçilər, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və nümayəndələri, həmçinin, sakinlər iştirak edir.

Mərasim başa çatdıqdan sonra şəhid Balakürd kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elşad Məmməd oğlu Süleymanov ailəli olub. Onun 7 yaşlı oğlu, 5 yaşlı qızı var.

E.Süleymanov Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu idi. O, tankçı olaraq Vətən müharibəsi zamanı da döyüşlərdə iştirak edib.

Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı Ağdam istiqamətində qəhrəmancasına şəhid olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər