ASCO və EBRD əməkdaşlıq imkanlarını müzakirə edib
3229
27 Sep 2023 | 09:37

ASCO və EBRD əməkdaşlıq imkanlarını müzakirə edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.

Məlumata görə, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev EBRD-nin infrastruktur layihələri üzrə baş bankiri Yelena Qordeyevanın və bankın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Natali Mouravidzenin daxil olduğu nümayəndə heyəti ilə görüşüb. Səhmdar cəmiyyətində keçirilən görüşdə Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri də iştirak ediblər.

Link kopyalandı!
Son xəbərlər