Nazir: “Neft-qaz gəlirlərinin iqtisadi şaxələndirməyə yönləndirilməsi gücümüzü artırır”
Cəmiyyət
Oxunub: 2337
22 Sep 2023 | 10:16
Nazir: “Neft-qaz gəlirlərinin iqtisadi şaxələndirməyə yönləndirilməsi gücümüzü artırır”

Neft-qaz gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun genişləndirilməsinə yönləndirilməsi Azərbaycanın dayanıqlı və davamlı inkişafını şərtləndirir və iqtisadi gücünü artırır.

Bunu “Gülüstan” sarayında “Neftçilər Günü” peşə bayramı münasibətilə keçirilmiş tədbirdə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O, Prezident İlham Əliyevin "Neftçilər Günü" münasibətilə təbrikini çatdırıb, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığını vurğulayıb.

Tədbirdə M.Cabbarovla yanaşı energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, “Equinor” şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pedersen və digər rəsmi şəxslər iştirak ediblər.

Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, SOCAR-ın mətbuat katibi Orxan Hüseynov 29 il öncə “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak etmiş, H.Əliyevin 100 illik yubileyinə və “Neftçilər Günü”nə həsr olunan “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda təşkil olunan konfransa fəxri qonaq qismində qatılmış BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, həmçinin “Equinor” şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pederseni salamlayıb və onları tədbir iştirakçılarına təqdim edib.

Konfransın “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi”nin imzalandığı “Gülüstan” sarayında Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyini qeyd edən O. Hüseynov “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışıb.

Daha sonra ötən bir ildə Prezident İlham Əliyevin neft-qaz sahəsi üzrə çıxışlarına dair videoçarx təqdim olunub.

P.Şahbazov isə çıxışında Ulu Öndərin neft strategiyasının töhfələri olan layihələrin hər birinin bu gün ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin, iqtisadi uğurlarımızın mühüm mənbələri olduğunu diqqətə çatdırıb. Nazir ölkəmizdə neft hasilatının 63 %-ni təşkil edən “Azəri-Çıraq-Günəşli” (AÇG) və əmtəəlik qazın, təxminən, 70 %-nin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 580 milyon ton neft, 43 milyon ton kondensat çıxarıldığını, 621 milyon ton neft-kondensat həcmlərinin ixrac olunduğunu vurğulayıb.

P. Şahbazov “Şahdəniz” yatağından hasil edilən 202 milyard kubmetr qazın isə 143 milyard kubmetrinin xarici bazarlara nəql edildiyini bildirib. Energetika naziri gözlənilən tələbat, etibarlı və təhlükəsiz təchizat marşrutlarına üstünlük verilməsi səbəbindən Azərbaycanın neft-qaz resurlarının uzun müddət bir çox ölkələr üçün prioritet olacağını qeyd edib. Nazir bu xüsusda, AÇG-nin 2050-ci ilədək işlənilməsi ilə bağlı tərəfdaşlarımızla ortaq mövqeyin nəinki ölkəmizdə neft hasilatında, həmçinin tədarük çatışmazlığının yaşandığı enerji bazarlarında sabitlik üçün də önəmli olduğunu vurğulayıb.

BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun Ümummilli Liderlə bir neçə dəfə görüşmək şərəfinə nail olduğunu, Ulu Öndəri güclü və xarizmatik lider kimi xatırladığını, onun uzaqgörən rəhbərliyinin Azərbaycanın müasir tarixini və yeni neft strategiyasını formalaşdırdığını ifadə edib. Ulu Öndərin təkcə Azərbaycan xalqının deyil, bütün regionun inkişafında müstəsna rol oynadığını qeyd edən Lord Con Filip Braun Ulu Öndərin sarsılmaz dəstəyi nəticəsində “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan və “Şahdəniz” kimi dünya səviyyəli enerji layihələrinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

“Əsrin müqaviləsi”nin imzalanması prosesində “Equinor” şirkətinin Azərbaycan üzrə sabiq prezidenti Tor-İvar Pedersen çıxışında H.Əliyevin Azərbaycanın enerji gələcəyinin formalaşmasında oynadığı mühüm rolun şahidi olduğunu qeyd edib, Ulu Öndərin uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycanın qlobal neft və qaz sənayesində nüfuzunun artdığını vurğulayıb. Ölkəmizin qlobal enerji bazarında mövqeyini möhkəmləndirən çoxsaylı neft və qaz layihələrinin tarixçəsindən bəhs edən fəxri qonaq bunların təməlində Ulu Öndərin uzaqgörənliyi və fədakarlığının dayandığını ifadə edib.

Xalqımızın Ümummilli Liderinin 2001-ci ildə təsis etdiyi "Neftçilər Günü” münasibətilə təbriklərini çatdıran SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan neftçilərinin ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Prezident İlham Əliyevin neft-qaz sənayesinin davamlı inkişafını, onun maddi-texniki bazasının gücləndirilməsini, neftçilərimizin sosial rifah halının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti neftçilərə göstərilən hərtərəfli qayğıya görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.

R. Nəcəf bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyini, “Heydər Əliyev İli” çərçivəsində ölkə daxilində və xaricində SOCAR tərəfindən Ulu Öndərə həsr olunan elmi-praktiki konfransların, yarışların, düşərgələrin, təhsil müəssisələrində mühazirələrin həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan neftçilərinin müasir dövlətimizin qurucusu və yeni enerji strategiyamızın müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim dərin ehtiramla andığını, bu gün əldə etdiyimiz bütün nailiyyətlərin təməlində Ulu Öndərin müdrik və uzaqgörən enerji strategiyasının dayandığını qeyd edib.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə çıxışında Azərbaycan neft-qaz sənayesinin keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib. Müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən akademik Xoşbəxt Yusifzadə Ulu Öndər ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. SOCAR-ın birinci vitse-prezidenti bu gün Ulu Öndərin yeni enerji strategiyasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, regionun aparıcı dövləti olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi keçirilib. “Birinci gün” zərflərini P.Şahbazov, R.Nəbiyev, R.Əlixanov və R.Nəcəf möhürləyib, konfrans iştirakçılarına poçt markalarının əks olunduğu hədiyyə çərçivələri təqdim olunub.

Oxşar xəbərlər
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA