Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb
Cəmiyyət
1928
21 Sep 2023 | 11:29

Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

Bu ilin yanvar-avqust aylarında 111,9  min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
 
Moderator.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb.
 
Bu da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib.
 
Ötən dövrdə 92,5 mini pensiya, 520 mini isə müavinət və təqaüd olan 612,5  min təyinat e-sistem üzərindən proaktiv qaydada  aparılıb.
 
Link kopyalandı!
Son xəbərlər