Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kimya mühəndisliyi master proqramı üzrə koordinatoru və tədqiqat üzrə eksperti, Strasburq Universitetinin professoru Kristaf Serra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Bu barədə Moderator.az-a ADNSU-dan məlumat verilib.
Bildirilib ki, K.Serra doktorant namizədlərə və universitetin müəllimlərinə “Uğurlu doktorluq dissertasiyasını necə hazırlamaq olar” mövzusunda seminar keçib.
Seminarda iştirakçılara tədqiqatın aparılması və doktorluq dissertasiyasının yazılması prosesinin effektivliyini artırmaq üçün tədqiqat metodologiyası, vaxtın idarə olunması və planlaşdırılması, resurslardan istifadə, tezis strukturunun təşkili və s. kimi mövzular haqqında məlumat verilib.
Sonra iştirakçıların sualları cavablandırılıb.