Nazir yeni idarə rəisi təyin etdi
Cəmiyyət
2122
06 Sep 2023 | 15:46

Nazir yeni idarə rəisi təyin etdi

Uzun illər Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi vəzifəsində işləmiş Amal Teymurov maliyyə pozuntularına görə işdən çıxarılıb.

“Qaynarinfo”nun əldə etdiyi məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə onun yerinə daxili xidmət mayoru Elnar İmanov təyin edilib.

Qeyd edək ki, Elnar İmanov bu vəzifəyə kimi Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi Zaur Zeynalovun müavini və baş zabiti vəzifəsində çalışıb.

Link kopyalandı!
Son xəbərlər