BSU-da abituriyentlərə dəstək qrupu yaradılıb
1877
05 Sep 2023 | 17:08

BSU-da abituriyentlərə dəstək qrupu yaradılıb

Bakı Slavyan Universitetində (BSU) abituriyentlərin qeydiyyatı ilə bağlı Sənəd Qəbulu Komissiyası yaradılıb.

BSU-dan Moderator.az-a bildirilib ki, bununla yanaşı, sentyabrın 5-dən Tələbə Gənclər Təşkilatının könüllülərindən ibarət abituriyentlərə dəstək qrupu fəaliyyətə başlayıb. Müvafiq komissiya və dəstək qrupu tərəfindən universitetə qəbul olunmuş abituriyentlərə, həmçinin onların valideynlərinə izahlar verilir, onlayn qeydiyyat üçün lazımi dəstək göstərilir, onların sualları cavablandırılır. Komissiya və dəstək qrupu sentyabrın 5-dən 14-nə qədər həftə ərzində I-V günlər, saat 09:00-dan 17:30-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərin sənəd qəbulu sentyabrın 5-dən 14-dək onlayn aparılacaq. Abituriyent müvafiq sənədlərin elektron versiyasını //portal.edu.az üzərindən sistemə yükləməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər