UNEC-də yeni tədris ilinə hazırlıq vəziyyəti müzakirə olunub
Cəmiyyət
2007
02 Sep 2023 | 17:17

UNEC-də yeni tədris ilinə hazırlıq vəziyyəti müzakirə olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Türk Dünyası İqtisad Fakültəsinin (TÜDİFAK) dekanı professor Mehmet Yüce ilə görüşüb.
 
UNEC-dən Moderator.az-a bildirilib ki, görüşdə yeni tədris ilinə hazırlıq vəziyyəti, TÜDİFAK-da müasir dövrün tələblərinə uyğun yeni ixtisasların açılmasının zəruriliyi və s. məsələlər müzakirə edilib.
 
TÜDİFAK-ın fəaliyyətinin artırılması, türk dövlətlərindən tələbələrin və tanınmış türkdilli professorların tədris prosesinə cəlb edilməsi, fakültənin türk dilində ali iqtisad təhsili verən beynəlxalq tədris mərkəzinə çevrilməsi istiqamətində zəruri qərarlar qəbul edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər