Azərbaycanda dövlət istiqrazları ilə keçirilən əqdlərin hesablaşma rejimi dəyişdirilib
Cəmiyyət
2244
30 Aug 2023 | 19:44

Azərbaycanda dövlət istiqrazları ilə keçirilən əqdlərin hesablaşma rejimi dəyişdirilib

Azərbaycanda dövlət istiqrazları ilə keçirilən əqdlərin hesablaşmaları üzrə "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş"ə dəyişikliklər edilib.

Məlumata görə, təkrar bazarda dövlət istiqrazları ilə keçirilən əqdlərin hesablaşmaları T+1 rejimindən T+0 rejiminə keçirilib. Dəyişikliklər sentyabrın 1-dən keçirilən əqdlərin hesablaşmalarına tətbiq olunacaq.

Başqa sözlə, əgər indiyə qədər investorlar hərracda aldıqları dövlət istiqrazlarına görə ödənişi 1 gün sonra edə bilərdilərsə, bundan sonra ödənişi hərrac günü həyata keçirməli olacaqlar.

Link kopyalandı!
Son xəbərlər