AZAL “YAŞAT” Fondu ilə əməkdaşlığa başlayır
2193
30 Aug 2023 | 17:00

AZAL “YAŞAT” Fondu ilə əməkdaşlığa başlayır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyindəki “YAŞAT” Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
 
Bu barədə AZAL xəbər yayıb.
 
Məlumata görə, sənədi səhmdar cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev və fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıblar.
 
Memorandum fondun reallaşdırdığı sosial layihələrə AZAL-ın dəstək verməsini nəzərdə tutur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər