“Çingiz Mustafayev Vahid Naxışla birlikdə Azərbaycanın ilk hərbi qaranquşları olub”
3278
28 Aug 2023 | 12:52

“Çingiz Mustafayev Vahid Naxışla birlikdə Azərbaycanın ilk hərbi qaranquşları olub”

Elçin Şıxlı: “Onun çəkilişlərində peşəkar jurnalistin əl işi ilə yanaşı, həm də vətəndaş yanğısını görmək mümkündür”

 

Sabah Azərbaycan xalqının böyük oğlu, məşhur jurnalist Çingiz Mustafayevin doğum günüdür.

 

Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı Çingiz Mustafayevlə bağlı fikirlərini dilə gətirib, onun tarixi xidmətlərinə diqqət çəkib:

 

“Çingiz Mustafayev Vahid Naxışla birlikdə Azərbaycanın ilk hərbi qaranquşları olub. Onların döyüş meydanından çəkdiyi kadrlar, hazırladıqları reportajlar hamıya məlumdur.

Çingiz ən qaynar döyüş nöqtələrindən çəkilişlər edir, cəbhə xəttində baş verənləri anbaan tamaşaçılara təqdim edirdi. Onun çəkilişlərində sadəcə peşəkar jurnalistin əl işini deyil, həm də vətəndaş yanğısını görmək mümkündür. Çingizin Xocalıdan etdiyi çəkilişlər erməni vəhşiliyini bütün dünyaya göstərdi. Azərbaycan bu kadrlar hesabına erməni faşizmi ilə bağlı ortaya ciddi, inkaredilməz sübutlar ortaya qoya bildi.

 

Çingiz Mustafayevin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirildi. Ona ölümündən sonra Azərbaycanın Mili Qəhrəmanı adı verildi. Allah böyük jurnalistimizə rəhmət eləsin!”

 

Seymur ƏLİYEV

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər