Bizi sosial şəbəkələrdən izləyin:
Retro - astrologiyada planetlərin geriyə doğru hərəkəti deməkdir. Astrologiyada planetlərin hərəkətlərinin insanlara təsir etdiyinə inanılır.
Planetlərin geriyə doğru getməsi, planetin təmsil etdiyi məsələlərdə gecikmələr, pozulmalar və problemlər yaradır. Planet hansı bürcdə geriyə gedirsə, bu, həmin bürcdə doğulanların həyatına təsir edir.
Bu səbəblə astrologiyada retro zamanlarında eynilə planet kimi insanlara da geri çəkilmək, özünə dönmək və istirahət etmək məsləhət görülür. Bu dövrlərdə radikal qərarlar qəbul etmək, fiziki olaraq həddən artıq aktiv olmaq mənfi nəticələr verir.
Xüsusilə Merkurinin geriləməsi, ən çox araşdırılan mövzulardan biridir.
Merkuri ildə 3 dəfə geriyə doğru gedir. Hazırda ilin ikinci retrosunu yaşayırıq. Retro 23 avqustda başlayıb və 15 sentyabra qədər davam edəcək. Bu dəfə Merkuri Qız bürcündə geriyə doğru hərəkət edir. Merkuri retrosunun ən önəmli təsiri elekron əşyaların pozulmasıdır. Bu tarixlərdə bağlanan müqavilələrdə, bank hesablarında problemlər yarana bilər. Evlilik və nişan tarixləri retro ilə üst-üstə düşərsə, pozulmalar yarana bilər. Həmçinin estetik prosedurlar etsəniz, istədiyiniz effekti verməyəcək.
Ümumiyyətlə, bu tarixlərdə işlərinizi təxirə salmaq tövsiyə olunur. /Referans.az/