+18 klip çəkdirən Nigar Xalq artistini hədələdi:
Cəmiyyət
2856
25 Aug 2023 | 14:24

+18 klip çəkdirən Nigar Xalq artistini hədələdi: "Məhkəmə qarşısında cavab verəcəksiniz" - FOTO

“Adıma dediyiniz sözün nə mənaya gəldiyini və bu söhbəti böyütsək söhbətin haralara gedəcəyini düşündünüz görəsən? Məni kimlərlə qarışdırırsınız? Ermənidən, farsdan betər olub xalqımı satmışam məgər? Və ya vətənimə xəyanət etmişəm? Bəlkə satqınlıq edən zaman sizin yanınızda olmuşam və siz də buna əsasən bu fikirləri səsləndirmisiz?”
 
Moderator.az xəbər verir ki, bu fikirləri bizim.media-ya açıqlamasında müğənni Nigar Süleymanova Xalq artisti Əbdül Mahmudov barədə deyib.
 
İfaçı onu da əlavə edib ki, qalmaqal üçün darıxıb gündəmə gəlmək istəmisiniz yəqin, bunun üçün də ünvan olaraq məni seçmisiz:
 
“Amma bu sözlərinizin cavabını verəcəksiniz. Lazımdırsa burda, lazımdırsa məhkəmədə hakim qarşısında. Siz birinci gedin yaşınıza hörmət edin, sonra nəyəsə rəy bildirərsiniz”.
 
Qeyd edək ki, müğənni Nigar Süleymanovanın “Dəli divanə” klipi barədə iradlarını bildirərkən Xalq artisti Əbdül Mahmudov belə bir ifadə işlətmişdi:
 
“Belələri bu millətə ermənidən, farsdan daha çox ziyan vurur”.
Tanınmış rejissorun bu fikirləri ifaçının qəzəbinə səbəb olub. Və redaksiyaya müraciət edərək öz mövqeyini açıqlayıb. Nigar Süleymanova həmçinin klipdə lezbiyanlığın təbliği məsələsinə də toxunub:
 
“Orda nə var ki, qız mənim yanağımdan öpür. Bunun lezbiyanlıqla heç bir əlaqəsi yoxdur.
 
Mən lezbiyanlığı təbliğ etməmişəm. Sadəcə o görüntülərin çəkilməsini mən istəmişəm. Bunu məndən kimsə istəməyib”.
Link kopyalandı!
Son xəbərlər