Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir.
Aviabiletləri şirkətin www.azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.