Bu il 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezident təqaüdü ödənilib
Cəmiyyət
1890
18 Aug 2023 | 12:27

Bu il 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezident təqaüdü ödənilib

Bu ilin yeddi ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 578 milyon manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 374 milyon manat ödənilib.
 
Yanvar-iyul aylarında 79 min, sosial ödənişlərin elektron təyinatına başlanıldığı 2019-cu ildən 508 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
 
Link kopyalandı!
Son xəbərlər