21:35
13°C
Bakı
Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin üçüncü toplantısı başlayıb.
Bu barədə TDT-nin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Səmərqənddə eyni zamanda ikinci TDT Tibb Konfransı keçirilir.
Hər iki iclas çərçivəsində TDT-də səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunacaq.
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev tədbiri görüş sözü ilə açıb. O, türk dövlətləri arasında səhiyyə sahəsindəki əməkdaşlıqdan danışıb. Azərbaycanı tədbirdə səhiyyə naziri Teymur Musayev təmsil edir.
İclaslar sabah da davam edəcək.