DİN: İsti hava şəraiti ilə əlaqədar çimərliklərə naryad qrupları təhkim olunub
2072
13 Aug 2023 | 17:55

DİN: İsti hava şəraiti ilə əlaqədar çimərliklərə naryad qrupları təhkim olunub

İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidmət davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə polis əməkdaşları tərəfindən xidmət təşkil olunub. Xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər cəlb edilib.

Respublikanın bütün turizm zonalarına — çimərliklərə, su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub.

Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər