Beşmərtəbə adlanan ərazidə içməli suyun verilişində məhdudiyyət yaranıb
1864
12 Aug 2023 | 10:10

Beşmərtəbə adlanan ərazidə içməli suyun verilişində məhdudiyyət yaranıb

Bakının Yasamal rayonu Beşmərtəbə adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, bu, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər