Yasamalda dönərxananın fəaliyyəti nöqsanlara görə məhdudlaşdırılıb
Cəmiyyət
1485
04 Aug 2023 | 19:59

Yasamalda dönərxananın fəaliyyəti nöqsanlara görə məhdudlaşdırılıb

Yasamalda dönərxananın fəaliyyəti nöqsanlara görə məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr., məhəllə 556/57 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov İlqar Vüqar oğluna məxsus olan ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirib. Yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, divarların asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasını mümkün edən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin olunmadığı, işçilər üçün dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz olunmuş soyunub-geyinmə otağının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış nöqsanlarla əlaqədar protokol tərtib edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Link kopyalandı!
Son xəbərlər