Yanlış sünnət edilmiş azyaşlının atası DANIŞDI: “Həkim özünü günahkar saymır” - VİDEO
Cəmiyyət
1607
04 Aug 2023 | 12:28

Yanlış sünnət edilmiş azyaşlının atası DANIŞDI: “Həkim özünü günahkar saymır” - VİDEO

Sünnət əməliyyatı edilərkən cinsiyyət orqanı zədələnən uşağın atası Baku TV-yə açıqlama verib.

Səkkiz yaşlı M.S.-in valideyninin sözlərinə görə, övladı sünnət əməliyyatı olunduqdan sonra artıq doqquz aydır ki, əziyyət çəkir.

“Əməliyyatdan sonra bir gün palatada qaldı. Sonra götürüb evə gəldim. Uşaq qanın içində idi. Həkimə məlumat verəndə narahatlığa əsas olmadığını dedi. Üç gün sonra uşağın sarğısı düşdü, gördüm ki, həkim yanlış əməliyyat edib, cinsiyyət orqanını lazer aparatı ilə yandırıb”.

Çingiz Seyidov əməliyyatı həyata keçirən Fuad Nəzərova vəziyyəti dəfələrlə bildirsə də, həkim ailəyə cavabında özünə bəraət qazandırıb.

Azyaşlının atası onu da qeyd edib ki, başqa bir həkim uşağı yenidən əməliyyat edərək övladının alt dodağından ət götürüb və cinsiyyət orqanına tikib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Link kopyalandı!
Son xəbərlər