İmişlidə restoran rəhbəri cərimələnib
1605
02 Aug 2023 | 12:26

İmişlidə restoran rəhbəri cərimələnib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli şəhəri Lətif Vəliyev küçəsində fəaliyyət göstərən “Kral” restoranından atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib.
 
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı obyektdə qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub:
 
“Faktla bağlı obyektin rəhbəri Elvar Usubov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib”.
 
Link kopyalandı!
Son xəbərlər