Vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olundu
1474
01 Aug 2023 | 12:12

Vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olundu

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Lənkəranda tədbirlər həyata keçirib.
 
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Moderator.az-a verilən məlumata görə, tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, ağacların zədələnməsi, yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması faktları aşkar olunub.
 
Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinin pozulması), 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə), 253.4-cü (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə) maddəsinin tələblərini pozan ümumilikdə 8 fiziki, 6 vəzifəli şəxs, o cümlədən Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi, ərazi üzrə iki bələdiyyənin sədri, çimərlik və digər müxtəlif iaşə obyektlərinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
 
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər