QMİ sədrinin müavini: “Aşura mərasimlərində heç bir neqativ hal qeydə alınmayıb”
Cəmiyyət
1467
28 Jul 2023 | 16:47

QMİ sədrinin müavini: “Aşura mərasimlərində heç bir neqativ hal qeydə alınmayıb”

“Bu gün keçirilən Aşura mərasimlərində heç bir neqativ hal qeydə alınmayıb”.
 
Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini Hacı Fuad Nurullayev deyib.
 
O bildirib ki, qanvermə aksiyası illərdir təşkil edilir və bu, bir növ adət halını alıb: “Artıq hər il davamlı olaraq qanvermə aksiyası keçirilir. Paytaxtda və Azərbaycanın bütün rayonlarında bu aksiya təşkil olunub. Bir çox məscidin nəzdində məntəqələr yaradılıb və Səhiyyə Nazirliyinin mütəxəssisləri prosesə cəlb olunub. Aksiyalarda insanlar kütləvi şəkildə iştirak ediblər. Hesab edirəm ki, bu da şəhidlərimizə sonsuz ehtiramı ifadə edir”.
 
QMİ sədrinin müavini söyləyib ki, şəhidlərin ruhuna xatir bu gün sağlamlığı imkan verən insanlar qan veriblər: “Həmin insanlar da ən böyük savab əldə etmiş olurlar. Beləliklə, ehtiyacı olan insanlar da qanla təmin olunurlar. Odur ki, nəinki Kərbəla şəhidləri, ümumilikdə şəhidlərimiz üçün insanlarımızı bu aksiyalarda iştirak etməyə çağırırıq. Düşünürük ki, bu təşəbbüs illər keçsə də yaşayacaq. Bu gün isə Aşura ilə bağlı tədbirlərdə heç bir neqativ hal baş verməyib”.
 
Link kopyalandı!
Son xəbərlər