Qərbi Azərbaycan barədə məlumatların turizm sektoru vasitəsilə təbliği yolları müzakirə olunub
Cəmiyyət
1440
26 Jul 2023 | 19:10

Qərbi Azərbaycan barədə məlumatların turizm sektoru vasitəsilə təbliği yolları müzakirə olunub

Qərbi Azərbaycan İcmasında Dövlət Turizm Agentliyinin nümayəndələrinin təmsil olunduğu heyətlə geniş tərkibdə görüş keçirilib, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti barədə məlumatların turizm sektoru vasitəsilə təbliği yolları müzakirə olunub.

Bu barədə İcmadan məlumat verilib.

Bildirilib ki, görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətləri barədə danışıb, İcmanın yaradılması, strukturu, fəaliyyəti və qarşıda duran məqsədlər barədə məlumat verib. Qeyd edilib ki, Qərbi Azərbaycan barədə reallığın dünyaya çatdırılması baxımından turizm sektoru böyük önəm daşıyır. Əziz Ələkbərli bu istiqamətdə İcma ilə Agentliyin görə biləcəyi birgə işlərə toxunub.

Dövlət Turizm Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi Orxan Abbasov Qərbi Azərbaycan, onun tarixi, əhalisi, mədəniyyəti və sair istiqamətlərin turizm sektorunda yer almasına dair təkliflərini səsləndirərək birgə atılacaq addımları dilə gətirib.

Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin məsləhətçisi Müzəffər Ağakərimov və digərləri çıxışlarında turizm sektorunda Qərbi Azərbaycan həqiqətləri, eləcə də tarixi və mədəniyyəti ilə bağlı elementlərin yer almasının önəmini vurğulayıb.

İcma rəsmiləri və Agentliyin nümayəndə heyəti Qərbi Azərbaycan, onun tarixi, mədəniyyəti, eləcə də qeyri maddi mədəni irsi, mətbəxi və ənənələri barədə məlumatların turizm sektoru vasitəsilə təbliğ edilməsinin yolları barədə müzakirələr aparıblar.

Tədbirin sonunda səsləndirilən bütün təkliflər toplanaraq qarşıdakı birgə fəaliyyət üçün qeydə alınıb.

Link kopyalandı!
Son xəbərlər