Vidadi İsayev Bərdənin Hacallı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
Cəmiyyət
1534
26 Jul 2023 | 17:10

Vidadi İsayev Bərdənin Hacallı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR

Bərdənin Hacallı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirib, ölkəmizdə, rayonda və Hacallı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verib.
 
Son illərdə kənd qazlaşdırılıb, kəndin 7 km daxili yolları və 4 km baş yolu qum-çınqılla əsaslı təmir edilib, içməli su üçün 1 ədəd subartezian quyusu qazılıb, kəndin elektrik və telefon-rabitə xətlərinin kabelləşdirilməsinə başlanıb.
 
2022-ci ildə 70 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 40 sentner məhsul götürməklə 280 ton pambıq istehsal edilib. 2022-ci ildə 3 nəfər kümçü 8 qutu ipək qurdu saxlayıb, hər qutudan 42 kq olmaqla cəmi 336 kq barama istehsal edilib. 2023-cü ildə ərazidə 45 hektar pambıq əkilib. Pambığın 3-cü kompleks becərməsi başa çatdırılıb.
 
Sonra vətəndaşların müraciətləri dinlənilib. Elbəyi Məmmədov Hacallı kəndinin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin elektrik şəbəkəsinin yenidən qurulması, Cəlil Nadirov kəndin ərazisində olan 4 ədəd  artezian quyusunun dərinlik nasoslarının  texniki normaya gətirilməsi, Arif Əhmədov kənddə internetin sürətinin aşağı olması, Malik Quliyev kənd tam orta məktəbinin 1964-cü il ildə tikildiyini və qəzalı vəziyyətdə olduğunu bildirərək yeni məktəb binasının tikilməsi, Tofiq Uğurluyev himayəsində 1-ci qrup əlilliyi olan övladına əlil arabası verilməsi, Həmid Əliyev kəndin 52 təsərrüfatdan ibarət məhəlləsində elektrik enerjisinin gərginliyinin artırılması və 1 ədəd 0,4 kV-luq işıq dirəyinin qəzalı olduğu üçün dəyişilməsi, Süleyman Məmmədov kəndin 0,2 km uzunluqda suvarma arxının lildən təmizlənməsi barədə müraciətlər ediblər. Müraciətlərlə əlaqədar tədbirlər görülüb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, vətəndaşlara hüquqi yardım göstərilib, müvafiq izahatlar verilib.
 
 
Link kopyalandı!
Son xəbərlər