BDU-nun müəlliminin 2 monoqrafiyası işıq üzü görüb
1409
19 Jul 2023 | 11:37

BDU-nun müəlliminin 2 monoqrafiyası işıq üzü görüb

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müəllimi Vasif Hüseynlinin “Əmək hüququnun əsas subyektləri” və “Əmək hüququnun subyektləri: anlayışı və hüquqi statusu” adlı monoqrafiyaları nəşr olunub.
 
Bu barədə Moderator.az-a BDU-dan bildirilib.
 
“Əmək hüququnun əsas subyektləri” adlanan monoqrafiyada əmək hüququ nəzəriyyəsinin müddəaları əsasında əmək hüququnun əsas subyektləri kimi işçi və işəgötürənin anlayışı və hüquqi statusunun məzmunu ilə bağlı problemlər tədqiq olunub.
 
“Əmək hüququnun subyektləri: anlayışı və hüquqi statusu” adlı monoqrafiyada isə əmək hüququ subyektlərinin anlayışı, təsnifatı və hüquqi statusu ilə bağlı problemlər tədqiq olunub.
 
Monoqrafiyalar  hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar, dissertantlar və elmi işçilər, habelə əmək hüququ ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
 
Monoqrafiyaların elmi redaktoru professor Alış Qasımovdur.
 
Link kopyalandı!
Son xəbərlər