Nazir müavini:
1408
13 Jul 2023 | 12:28

Nazir müavini: "Bugünkü MİQ imtahanlarında 7 mindən çox namizəd iştirak edir"

"Bu gün ibtidai sinif müəllimi olmaq istəyən 7 mindən çox namizəd müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edir".
 
Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, ilk seans ölkə üzrə 29 mərkəzdə keçirilir.
 
"Bu il təqdim olunacaq 10 min vakant müəllimi yeri uğrunda 60 minə yaxın namizəd mübarizə aparacaq", - nazir müavini söyləyib.
 
H.Həsənli bildirib ki, müəllim peşəsinə maraq ildən-ilə artır:
 
"Bu artan maraq şagirdlərimizin daha yaxşı təhsil almalarına imkan yaradacaq".
 
Link kopyalandı!
Son xəbərlər