Rezidenturaya qəbul imtahanının I mərhələsinin 2-ci cəhdi keçiriləcək
Cəmiyyət
1602
11 Jul 2023 | 16:28

Rezidenturaya qəbul imtahanının I mərhələsinin 2-ci cəhdi keçiriləcək

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyulun 16-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “İmtahana buraxılış vərəqəsi” çap etmək üçün //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Link kopyalandı!
Son xəbərlər