Bizi sosial şəbəkələrdən izləyin:
“Peşə bayramımız münasibətilə ölkəmizin mənafeyinin keşiyində duran həmkarlarımızı təbrik edirəm”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdəki hesabında yazıb.
“Bu gün, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
Peşə bayramımız münasibətilə ölkəmizin və xalqımızın mənafeyinin keşiyində duran həmkarlarımızı səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.
Bayramınız mübarək!”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.