Albaniya Prezidenti Bayram Beqay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
1636
07 Jul 2023 | 17:39

Albaniya Prezidenti Bayram Beqay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
 
AZƏRTAC xəbər verir ki, ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər