“Açıq mikrofon” aksiyası Saatlıda - FOTOLAR
1525
06 Jul 2023 | 17:25

“Açıq mikrofon” aksiyası Saatlıda - FOTOLAR

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Saatlı rayonunda təşkil olunub.
 
Moderator.az xəbər verir ki, mikrofon önünə çıxan abonentlər 10-dan çox müraciət ünvanlayıblar. Əsasən Varxan kəndinin sakinlərinin qatıldığı aksiyada qaz xəttinin yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması, uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsi kimi müraciətlər səsləndirilib.
 
Bundan başqa aksiya iştirakçıları tərəfindən məlumat verilib ki, qeyd edilən kəndin küçə qaz xətlərinin birində sızma halı yaşanır. Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən səsləndirilən problem və təkliflərin araşdırılması üçün tapşırıqlar verilib.
“Açıq mikrofon” aksiyası Saatlı rayonundaxa0 - FOTOLAR
“Açıq mikrofon” aksiyası Saatlı rayonundaxa0 - FOTOLAR“Açıq mikrofon” aksiyası Saatlı rayonundaxa0 - FOTOLAR“Açıq mikrofon” aksiyası Saatlı rayonundaxa0 - FOTOLAR
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər