Cəmiyyət
1497
05 Jul 2023 | 12:16

"CanSat Azerbaijan" müsabiqəsinin final mərhələsinin qalibləri bəlli oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirdiyi sayca 5-ci "CanSat Azerbaijan" model peyk müsabiqəsinin final mərhələsinin qalibləri bəlli olub.
 
Ümumilikdə 10 komandanın iştirak etdiyi müsabiqənin qaliblərini qurumun İdarə Heyətinin sədri Saməddin Əsədov mükafatlandırıb.
 
Müsabiqədə I yeri ADA Universitetinin “CanStellar”, II yeri Xəzər Univeristetinin “KhazarSAT”, III yeri isə Milli Aviasiya Akademiyasının “BadCube” komandaları tutub. Qaliblərə müvafiq olaraq 6 000 manat, 4 000 manat və 2 000 manat mükafat verilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər