Lisey və gimnaziyalar üçün seçimlər başa çatdı
1504
04 Jul 2023 | 16:24

Lisey və gimnaziyalar üçün seçimlər başa çatdı

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər başa çatıb.
 
Təhsil İnstitutundan verilən məlumata görə, lisey seçimləri şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az/login) vasitəsilə həyata keçirilib. Valideynlər şəxsi kabinetlərə daxil olaraq “İmtahanlar” bölməsindən imtahan nəticələri ilə tanış olub və lisey seçimi ediblər. Bu mərhələdə 3 lisey seçimi şansı təqdim olunub. Hər 3 seçimi etmək zərurəti olmayıb. Lisey seçimləri 4 iyul 16:00–a qədər davam edib.
 
Qeyd edək ki, nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.
 
Link kopyalandı!
Son xəbərlər