Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda isə... - PROQNOZ
1568
29 Jun 2023 | 12:59

Sabah Bakıda 31 dərəcə isti olacaq, rayonlarda isə... - PROQNOZ

Azərbaycanda iyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 18-23, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət 60-70 % olacaq.
 
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər