Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Müqəddəs Qurban Bayramı münasibətilə xalqımızı təbrik edib

Əziz bacı və qardaşlarım!

Müsəlman aləminin ən müqəddəs bayramlardan olan Qurban bayramı münasibətilə sizi və bütün dünya müsəlmanlarını ürəkdən təbrik edirəm.

Ölkəmizin hər yerində Uca Tanrının adına kəsilən qurbanlar, dövlətimizin tərəqqisi, xalqımızın firavanlığı üçün edilən dualar qəbul olsun.

Uca Tanrımız xalqımıza dövlətçiliyimiz və milli - mənəvi dəyərlərimiz ətrafında daha sıx həmrəylik qismət etsin. Amin!

Bayramınız mübarək!

Hörmətlə,

Fəzail Ağamalı,

Ana Vətən Partiyasının sədri,

Millət vəkili