”Qarabağ Müharibəsi veteranlarına verilən 80 manatın artırılmasını zəruri hesab edirik”
Cəmiyyət
4080
13 Jun 2023 | 15:26

”Qarabağ Müharibəsi veteranlarına verilən 80 manatın artırılmasını zəruri hesab edirik”

”Qarabağ Müharibəsi veteranlarına verilən 80 manat müavinətin artırılmasını zəruri hesab edirik.”
 
Moderator.az xəbər verir ki, bunu millıt vəkili  Əli Məsimli Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
 
Əli Məsimli  bildirib ki,2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, işğaldan azad edilmiş  ərazilərin bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi üçün əlavə 2 milyard 260 milyon manat ayrılır. Əvvəlki 3 milyard manat vəsiti də  nəzərə almaqla, 2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyin manat vəsait ayrılacaq. Bu, Böyük Qayıdış prosesinin sürətləndirilməsinin maliyyə təminatını xeyli gücləndirəcək.   Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1.1 milyard manatdan çox  vəsait nəzərdə tutulur.Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb və regionda keyfiyyətcə tamamilə yeni situasiya yaradaraq həmin bəlli hədəflərə doğru inamla irəliləyir.Ona görə də bu iki istiqamətin Azərbaycanın bu günü-sabahı, perspektivləri baxımından həyati vacib sahələr kimi ön planda olması zamanın tələbidir.
 
Əli Məsimli əlavə edib ki, Bu iki istiqamətdən əlavə digər zəruri xərclər üçün 973 milyon manat ayrılır. Bura iqtisadi dəstək və digər iqtisadi fəaliyyət, dövlət borcuna xidmətlə bağlı xərclər, dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işlər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər,dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar xərclərinin artırılması, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması və sair  bu kimi məsələlərin maliyyə təminatı daxildir.
 
Bununla belə Əli Məsimli onu da bildirib ki, 973 milyon manat xərclənməsi nəzərdə tutullan sahələrdən əlavə dəstəklənməsi  vacib olan digər sahələr də var.Dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər,inflyasiyanın sürətlənməsi və sair  sosial proseslərin tənzimlənməsinə daha çox vəsait ayrılmasını tələb edir.Ona görə də təklif edirik ki, iqtisadi artm templərinin artırılması ilə yanaşı büdcə gəlir və xərclərinin Azərbaycan üçün optimal variant və ssenarilərinin işlənib hazırlanmalı,mərhələrlə yeni yaradılmış dəyərin 40 faizinin və imkan olduqca getdikcə daha çox hissəsinin şəffaflığı və hesabatlılığı təmin etməklə dövlət büdcəsi vasitəsilə iqtisadiyyatın inkişafına,yerli xarakterli problemlərin həllinin sürətləndirilməsinə və əhalinin güzəranının yaxşılaşdırılmasına yönəldilməlidir.
 
Əli Məsimli   təhsil məsələsinə toxunarkən deyib ki, tarixən nisbətən qısa zaman kəsiyində çox yüksək sosial-qtisadi nəticələrə nail olan ölkələrin nümayəndələri ilə söhbət edən,onların nail olduğu nəticələrdə hansı amilin daha böyük rol oynadığını soruşanda obrazlı şəkildə deyirlər ki,birincisi- təhsil,ikincisi- təhsil,üçüncüü-yenə də təhsil.Çünki təhsili güclü olan ölkənin iqtisadiyyatı da güclü olur,əhalisi də yaxşı yaşayır.Təhsilə 4,4 milyard manat pul ayrılır.Onun çoxu Elm və təhsil Nazirliyinə ayrılır.Ayrılna vəsaitin 80 faizində çoxu əməyin ödənişinə yönəldilir.Bununla belə təhsildə əmək haqqı ölkə üzrə əmək haqqı səviyysindən aşağııdr.Ona görə dəgələcəyə sərmayə qoyuluşu baxımından təhsilin madddı texniki bazasının möhkəmləndirliməsi və orada çalışınmalın güzıranın yaxşılaşdırılmasını maliyyə təminatının artırılmasını zəruri hesab edirik. Təhsilə ayrılan vəsair islahatlar kontekstində ÜDM-in 4 faizindən mərhələrlə 6 faizə çatdırılmasını məqsdəuyğun hesab edirik. 
 
Əli Məsimli xüsusi vurğulayıb ki, Qarabağ müharibəsi veteranlarına verilən 80 manat müavinətin də  artırılmasını vacib hesab edirik. 
 
Əli Məsimli  çıxışının sonunda  Regional proqramlarda nəzərdə tutulan,amma hələ də başa çatdırılmayan işlərin tamamlanması və Şəki şəhərində su kanalizasiya sisteminin yenilənməsi layihəsinin yekunlaşdırılması; Şəki rayonunun 24 yaşayış məntəqəsində qazlaşma işlərinin sürətləndirilməsi; məktəb tikintisi məsləsinə toxunub.
 
Link kopyalandı!
Son xəbərlər