Bizi sosial şəbəkələrdən izləyin:
2023-cü ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (317 mln. manat) çox olmaqla 2 mlrd. 366 mln. manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyindənModerator.az-a verilən xəbərə görə, pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 433 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.
Bu ilin yanvar-may ayları ərzində 15,7 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 87,1 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.