BDU Tələbə Gənclər Təşkilatının üzvləri DTX-nin Akademiyasının “Şöhrət” muzeyində
Cəmiyyət
3552
06 Jun 2023 | 15:42

BDU Tələbə Gənclər Təşkilatının üzvləri DTX-nin Akademiyasının “Şöhrət” muzeyində

BDU Tələbə Gənclər Təşkilatının üzvləri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyini ziyarət ediblər.
 
Universitetdən Moderator.az-a bildirilib ki, TGT üzvləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər. Sonra “Şöhrət” muzeyində Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostend və eksponatlarla tanış olublar.
 
“Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ulu Öndərin həyat və fəaliyyətini, mənalı və şərəfli ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən təhlükəsizlik orqanlarındakı xidmət dövrü haqqında məlumatları əks etdirir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər