Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb
Cəmiyyət
3349
01 Jun 2023 | 15:27

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

2023-cü ilin may ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 286 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ötən ay ölkədən çıxışı qadağan olan 449 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 19 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

Link kopyalandı!
Son xəbərlər