Lənkəranda yetişdirilən baramanın ilkin tədarükünə başlanılıb
3058
29 May 2023 | 20:34

Lənkəranda yetişdirilən baramanın ilkin tədarükünə başlanılıb

Lənkəranda yetişdirilən baramanın ilkin tədarükünə başlanılıb.

Yem bazasının təminatı üçün ötən il 8 000 yerli şəraitə uyğunlaşdırılmış tut (çəkil) tinglərinin əkini həyata keçirilib. Cari ildə rayonun 1 şəhər, 7 qəsəbə və 33 kəndində ümumilikdə 51 kümçüyə 230 qutu ipəkqurdu sənaye toxumunun paylanması təmin edilib.

Artıq may ayının 29-da Lənkəran üzrə barama tədarükünün ilkin mərhələsi baş tutub. Respublika üzrə ilk tədarükün həyata keçirildiyi Lənkəranda ümumilikdə 1 tona yaxın barama təhvil verilib və yaxın günlərdə növbəti tədarükün həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, baramaçılığın və ipəkçiliyin inkişafı “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Lənkəranda da qədim ənənələrin davam etdirilməsi və baramaçılığın inkişafı istiqamətində bütün potensial imkanlarını səfərbər edilib. Ötən il respublika üzrə ən yüksək nəticəni göstərən kümçü Lənkəran ərazisindən olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər