“Təhsil salnaməmizi tarixi dövrlərə görə səciyyələndirmək yanlış yanaşmadır...”
Oxunub: 5127
28 May 2023 | 13:33
“Təhsil salnaməmizi tarixi dövrlərə görə səciyyələndirmək yanlış yanaşmadır...”

"Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır.”

 

Heydər Əliyev

 

Təhsil  tariximizin müəyyən zaman kəsiyində ən yolverilməz və bağışlanılmaz səhvlərimizdən biri o olub ki, unutqanlıq göstərərək, təhsil sahəsində uzun illərdən bəri qazandıqlarımıza qeyri-obyektivlik göstərmiş, təhsilimizin böyük bir dövrünün nailiyyətlərinə qısqanclıqla yanaşmış, digər sonrakı dövrün uğurlarına isə kölgə salmağa cəhdlər göstərmişik. İstər-istəməz, öz-özünə düşünürsən ki, niyə əsrlərdən bəri bütün adətlərimizı, ənənələrimizi və vərdişlərimizi qoruyub saxlamışıq, onlara hörmət, rəğbət bəsləmişik, ancaq təhsil dəyərlərimizə, təhsil ənənələrimizə, vərdişlərimizə isə bir müddət sayğısızlıq göstərərərək, şübhə ilə yanaşmışıq?

 

Eiraf edək ki, elə bu günün özündə də “Təhsil haqqında” qanuna dəyişikliklərin və digər  əlaqədar məsələlərin müzakirələində problemə müasir tələblər baxımından konkret münasibət bildirmək əvəzinə, bunu dərhal siyasiləşdirmək, şəxsi ambisiyalara qapılaraq, “sovetdən qalmış miras”, “Sovet təhsilli ziyalılarımızın bəzliləri hələ də bu aludəçilikdən qurtula bilməyiblər” kimi cəfəng mövqelər sərgiləyirik. Məsələnin maraqlı olduğu qədər də heyrətləndirici tərəfi ondan ibarətdir ki, bu kimi mövqe sərgiləyənlərin böyük əksəriyyəti Sovet dönəmini belə görməyən, 70 illik bir dövrümüz barədə kifayət qədər təsəvvürləri olmayan gənclər deyil, məhz sovet təhsili hesabına adam olub ortalığa çıxanlardır. Əslində, bu fikirdə olanlar bir növ  özlərini də miras kimi təsdiqləmiş olduqlarının fərqində deyillər.

 

Istəsək də, istəməsək də razılaşmalıyıq ki, istər Cümhuriyyət dövrü olsun, istərsə də sovet dönəmi, bunlar bizim çoxəsrlik tariximizin, keçdiyimiz uzun, şərəfli və keşməkeşli yolun yaddaşlarımızda iz buraxan salnaməsidir. Müdriklər heç də əbəs yerə deməyiblər ki, “Bəzən arxaya dönüb baxmalıdır insan; haradan gəldiyini unutmaması üçün. ”Bu gün Şərqdə ilk demokratik respublikanın yaranmasından 105 il, yenidən müstəqilliyə qovuşmağımızdan üç onillik bir müddət keçir. Əsrə bərabər bu illər ərzində iqtisadiyyatımızda, elm və təhsilimizdə, mədəniyyət və incəsənətimizdə dərin savada, yüksək ixtisasa  malik nə qədər insanlar yetişib, ölkəmizin daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini verib. Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı,biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”

 

Ulu öndərin qeyd etdiyi kimi tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı, Bakı Dövlət Universitetinin yaradılmasına qərar verildi. 

 

 

Yarandığı ilk illərdən Xalq Cümhuriyyətinin hakim partiyasının Nizamnamə və Məramnaməsində maarif işləri ilə bağlı ayrıca müddəalar yer alırdı; təhsil sərbəst və ödənişsiz idi, xanımlar da təhsil ala bilərdilər, ibtidai sinifdən ali məktəblərə qədər mərhələli şəkildə tədris aparılmalı və qəbul həyata keçirilməli idi, ali təhsil müəssisələri (darülfünunlar) təhsil prosesində daxili muxtariyyətə malik idilər, ibtidai və orta təhsil icbari xarakter daşıyırdı, təhsil hər bölgədə üstünlük təşkil edən dildə aparılmalı idi, ali məktəblərdə rus dili və Osmanlı şivəsi tədris edilməli idi və s. Məhəlli idarələrin təhsil və tərbiyə ilə bağlı mütərəqqi təşəbbüslərinə mərkəzi hökumət tərəfindən maneə törədilməməli idi.

 

1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti  təsis edilməsinə Ümummilli lider olduqca obyektiv qiymət verərək demişdi ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Amma çoxumuz bilmirik ki, Bakı Dövlət Universiteti ilə bərabər daha iki ali məktəb – Əkinçilik İnstitutu ilə Dövlət Konservatoriyası da açılmalı idi, sadəcə, Cümhuriyyətin ömrü çatmadı. 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına  23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. 

 

1919-cu ilin sentyabr ayında ali təhsil almaq üçün 100-dən çox azərbaycanlı gəncin xarici ölkələrə göndərilməsi təklifi irəli sürülmüşdü. Bu layihənin büdcəsi hər tələbəyə 36 min  və nəqliyyat xərcləri olaraq 5 min rubl nəzərdə tutularaq 4 milyon rubl təşkil edirdi. Tələbələrin ilk dəstəsinin Avropaya göndərilməsi 14 yanvar 1920-ci ilə təsadüf edir. 1919-20-ci tədris ilində dünyanın, əsasən də Avropanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul edildi ki, bunun üçün də hər tələbəyə 400 frank təqaüd təyin olunurdu və 1000 frank yol xərci ayrılırdı.

 

Sonrakı dönəmdə də Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub, yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilərək, Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.

 

Təkcə, 70-ci illədə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və  “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə,  çatdırılıb,  ali məktəblərdə təhsil alanların sayı isə 70 mindən 100 minə qədər artıb. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Təhsilin davamlı və dayanıqlı inkişafı sayəsində Azərbaycan elmi, mədəniyyəti, ədəbiyyat və incəsənəti özünün intibah dövrünü yaşayıb.

 

Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli üzərində inkişaf edir və daha da təkmilləşır. Bu potensialı qoruyub saxlamaq və daha da inkişaf etdirmək, təhsildə varisliyi və fasiləsizliyi təmin etmək isə hər birimizin vətəndaşlıq borcudur...

Oxşar xəbərlər
N.Tusi adına Klinika
12:33, Bu gün
İranda hökumət anbarında yanğın baş verib - VİDEO
12:30, Bu gün
Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb
12:26, Bu gün
Azərbaycan Pakistanla sığorta sahəsində əməkdaşlıq edəcək
12:23, Bu gün
Kəskin leykoz diaqnozu qoyulan gənc ananın köməyə ehtiyacı var: “Qızımı özüm böyütmək istəyirəm” - FOTO
12:19, Bu gün
Naxçıvana avtobus reyslərinin sayı 2 dəfə artırılıb
12:15, Bu gün
Həkim: “Narkoz bədəndən mədə-bağırsaq sistemi və qusma ilə xaric olmur” - MÜSAHİBƏ + FOTO
12:14, Bu gün
“Rusiyanın torpaqlarımızda “sülhməramlı” adı altında hərbi varlığı çox davam edə bilməz...” 
12:11, Bu gün
Tərbiyəçi-müəllimlər üçün təlimlər başlayır
12:08, Bu gün
Bu il 6 yeni bağça fəaliyyətə başlayıb
12:07, Bu gün
İrəvanda etiraz aksiyası gərginləşir: Paşinyan polisin mühafizəsi ilə hökumət binasını tərk etdi - FOTO/VİDEO
12:05, Bu gün
Sentyabrın 23-də TOEFL iBT imtahanı keçiriləcək
12:03, Bu gün
“Azəriqaz”: "Əhali abonentlərinə satılan təbii qazın dəyərinin 108,9 %-i toplanıb"
12:00, Bu gün
Şeyma Subaşı boşanır?
11:59, Bu gün
BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək
11:57, Bu gün
Ukrayna və ABŞ birgə silah istehsal etmək barədə razılığa gəliblər
11:55, Bu gün
Azərbaycanın həndbol hakimləri avrokubok oyununa təyinat alıblar
11:50, Bu gün
Zurab Pololikaşvili: "Azərbaycanda turizm əsas sektor kimi iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib"
11:49, Bu gün
“Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
11:45, Bu gün
FHN: Qarabağda yaşayan erməni əhaliyə bundan sonra da ərzaq yüklərinin çatdırılması təmin olunacaq - FOTO
11:44, Bu gün
Qaradağda anbardan 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlanıb
11:43, Bu gün
ADU-nun Konfutsi İnstitutu Çin incəsənəti ilə bağlı inşa müsabiqəsi elan edir
11:42, Bu gün
“Molde”nin futbolçusu: “Qarabağ” hərtərəfli bizi üstələdi”
11:40, Bu gün
Sabiq baş nazir: “Keçmiş prezidentlər Ermənistanın rəhbəri olmamalıdır”
11:37, Bu gün
Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib
11:37, Bu gün
BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır
11:36, Bu gün
Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü -  VİDEO
11:35, Bu gün
Bakıda avtobusda yanğın olub
11:34, Bu gün
“Azəriqaz” abonentlərinin sayını açıqlayıb
11:33, Bu gün
Bayden eyni hekayəni iki dəfə təkrar danışdı - VİDEO
11:32, Bu gün
Gürcüstanda xüsusi təhlükəsizlik rejimi: Parlament binasına giriş məhdudlaşdırıldı
11:30, Bu gün
Xırdalanda yeniyetmə qız intihar edib
11:29, Bu gün
Ermənilər Rusiyanın İrəvandakı səfirliyinin üzərinə qırmızı boya atdılar - VİDEO
11:28, Bu gün
Əsgərlərimiz Qarabağın erməni sakininə kömək ediblər - VİDEO
11:27, Bu gün
Qarabağda lokal xarakterli antiterror tədbirləri...
11:27, Bu gün
UEFA Avropa Liqası: "Qarabağ" - "Molde" oyunu azarkeş sayına görə səkkizincidir
11:25, Bu gün
İrəvan Dövlət Universitetinin tələbələri tətil elan ediblər
11:21, Bu gün
Azay Quliyev: "Fransa və Erməsitan şousu sona çatdı"
11:20, Bu gün
MİT İraqda əməliyyat keçirib, PKK-nın "rəhbər şəxsi" məhv edilib
11:15, Bu gün
Blinken Hakan Fidanla görüşəcək
11:10, Bu gün
Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi və çeşidi açıqlanıb - YENİLƏNİB
11:05, Bu gün
Bakıda məktəbli qız vəfat etdi - FOTO
11:00, Bu gün
Sahibə Qafarova Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətini qəbul edib
10:57, Bu gün
DÇ-2024: Qazaxıstan-Azərbaycan oyununa təyinatlar açıqlanıb
10:55, Bu gün
Macarıstan Aİ-nin Qarabağla bağlı anti-Azərbaycan bəyanatını bloklayıb
10:54, Bu gün
Zaqatalada dağlıq ərazidə uçqun olub - VİDEO
10:53, Bu gün
Hikmət Hacıyev: “Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər”
10:51, Bu gün
Ermənilər döyüş mövqelərini tərk edirlər - VİDEO
10:50, Bu gün
Milli Məclisə yeni “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi daxil olub
10:45, Bu gün
Salyanda avtomobil su kollektoruna düşüb, ölən var
10:43, Bu gün
XİN-də diplomatik xidmətə işə qəbul olmaq istəyənlər imtahan verəcək
10:38, Bu gün
“102-ci baza Gümrüdən, “sülhməramlı”lar Qarabağdan çıxsa...”-Polkovnik
10:37, Bu gün
İsveçdə Quranın yandırılmasının təşkilatçısına yeni nümayiş keçirməyə icazə verilməyib
10:32, Bu gün
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 2 dəfə artırıb
10:25, Bu gün
İcma: "BMT TŞ-nin iclası Ermənistanın və onun bəzi havadarlarının siyasətlərinin iç üzünü göstərib"
10:16, Bu gün
Nazir: “Neft-qaz gəlirlərinin iqtisadi şaxələndirməyə yönləndirilməsi gücümüzü artırır”
10:10, Bu gün
Yekun müsahibədə uğur qazanan hakimliyə namizədlərin adları açıqlanıb - SİYAHI
10:05, Bu gün
Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmə keçiriləcək
10:00, Bu gün
Goranboyda çayxana yanıb
09:57, Bu gün
II Azərbaycan Milli Şəhərsalma Forumuna qeydiyyat üçün bir neçə gün qalıb
09:55, Bu gün
Sudanda beş aydan çoxdur davam edən vətəndaş müharibəsi bitə bilər
09:52, Bu gün
UEFA qrup mərhələsinin I turunun oyunlarından sonra ölkələrin əmsallar cədvəlini açıqlayıb
09:50, Bu gün
Yaponiyada güclü zəlzələ olub
09:42, Bu gün
Muxtar Babayev Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb
09:40, Bu gün
Bakıda sürücüyə qarşı soyğunçuluq edilib
09:38, Bu gün
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 17 nəfər tutulub
09:35, Bu gün
Sumqayıtda 12 yaşlı oğlan itkin düşüb
09:31, Bu gün
Ermənistanda müxalifət liderlərindən biri həbs edilib
09:30, Bu gün
Azərbaycanda şəhərsalma həftəsi başlayır, Bakıda və Zəngilanda II Milli Şəhərsalma Forumu keçiriləcək
09:20, Bu gün
Azərbaycanda ilk dəfə Ümumdünya Məskunlaşma Günü tədbiri keçiriləcək
09:17, Bu gün
Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək
09:15, Bu gün
Azərbaycan neftinin qiyməti 101 dollardan aşağı düşüb
09:10, Bu gün
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.09.2023)
09:02, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:00, Bu gün
Qızı mağazadan oğurluq etdiyinə görə hamilə arvadını öldürən şəxslə bağlı QƏRAR
08:57, Bu gün
Bakıda özünə dərman vuran həkim şoka düşərək ölüb
08:55, Bu gün
Ceyhun Bayramov BMT TŞ-nın iclasında çıxış edib - TAM MƏTN
08:53, Bu gün
“O vaxt “gəlin” deyirdik, özlərini dağın başına qoymuşdular, indi sürünə-sürünə gəlirlər”
08:50, Bu gün
Annalena Berbok: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmamalıdır”
08:35, Bu gün
Azərbaycanın Mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir - FOTO/VİDEO
08:35, Bu gün
“Sülhməramlı”lar dünən Qarabağda heç bir patrulluq etmədi, ancaq Laçını...-XƏRİTƏ
07:28, Bu gün
Bayramov çıxış edərkən Mirzoyan nümayişkaranə şəkildə zalı tərk etdi...-VİDEO
06:24, Bu gün
Peyğəmbərimizin(s.) hədislərində mikroblardan danışıldığı doğrudurmu?..-SUAL-CAVAB
01:19, Bu gün
BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
00:55, Bu gün
Ceyhun Bayramov: “Azərbaycan sülh və sabitlikdə marağı olan beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır”
00:50, Bu gün
Nazir: "Ermənistanın Təhlükəsizlik Şurasından sui-istifadə cəhdləri qəti şəkildə rədd edilməlidir"
00:40, Bu gün
Qurban Qurbanov: “Komanda çox güc sərf etdi və sonda istəyinə nail oldu”
00:39, Bu gün
Ceyhun Bayramov: "Ermənistanın təxribatçı addımları sülh danışıqlarını xoş məramla aparmadığını nümayiş etdirdi"
00:38, Bu gün
Azərbaycan hərbçisinin humanist addımı gündəm oldu - VİDEO
00:37, Bu gün
Nazir: "Antiterror tədbirləri Ermənistanın saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirib"
00:35, Bu gün
Ceyhun Bayramov: "Ermənistanın TŞ-yə növbəti müraciəti BMT Nizamnaməsinin tələblərinin pozulmasıdır"
00:21, Bu gün
Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
00:15, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
00:10, Bu gün
Şəhid sayılan azərbaycanlı zabit üç günlük axtarışlardan sonra sağ tapıldı - FOTO
00:05, Bu gün
Ağ ciyər xərçəngi: erkən diaqnostika və diqqət yetirilməli olan əlamətlər
00:05, Bu gün
Rusiya Azərbaycanın sülhməramlıların ölümünün araşdırılması ilə bağlı bəyanatını nəzərə alıb
21 Sep 2023 | 23:57
"Çox təəssüflər olsun ki, “Kəndimiz” mahnısı anamın ilk və son işi oldu"
21 Sep 2023 | 23:57
BƏƏ-nin dövlət naziri: “Cənubi Qafqazda təhlükəsizliyin qorunması vacibdir”
21 Sep 2023 | 23:54
ABŞ nümayəndəsi BMT-də: Qarabağda hərbi əməliyyatların dayandırılması inkişafa səbəb olacaq
21 Sep 2023 | 23:45
İspaniya və Fransada hotellərdən 4,5 milyon avro dəyərində əşyalar oğurlayan şəxslər saxlanılıblar
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
GÜNLÜK
21 Sep 2023 | 13:25
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş bitdi - YENİLƏNİB + FOTO/CANLI YAYIM
21 Sep 2023 | 17:02
Erməni bloqer: “Qarabağda bütün qeyri-qanuni strukturlar buraxılıb”
21 Sep 2023 | 13:55
Azərbaycanda “boz zona” birdəfəlik ləğv edildi
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 17:50
Qarabağ ermənilərinə veriləcək sosial təminatlar açıqlandı – Pensiya, kommunal, maaş...
21 Sep 2023 | 18:11
“94 yaşın içindəyəm, uzunömürlü olmaq üçün kitabları sevmək lazımdır”-FOTOLAR
21 Sep 2023 | 13:23
“Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir" - Türkiyə MN
21 Sep 2023 | 15:26
Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
21 Sep 2023 | 14:28
“Ermənistan Qarabağı ciddi şəkildə minalayıb” - Türkiyə MN
21 Sep 2023 | 18:27
Qarabağda minalar zərərsizləşdirilir
HƏFTƏLİK
19 Sep 2023 | 23:50
"Haydı, gəlin Yevlaxa, axı siz ora gələn yolu yaxşı tanıyırsız..."
18 Sep 2023 | 10:12
1500 erməniyə öz dilində “geri çəkilin” əmri verən “Hadrut fatehi”-nin anası-“Camalın şəhid olduğunu məndən gizlətdilər”
18 Sep 2023 | 12:00
“Erməni cinayətkarlarını qanun qarşısında cavab verməyə məcbur edəcəyik”
18 Sep 2023 | 00:00
Erməni müğənni Mikayıl Müşfiqin sözlərinə bəstələnən mahnını oxudu, qohumu etiraz etdi - VİDEO
21 Sep 2023 | 13:25
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş bitdi - YENİLƏNİB + FOTO/CANLI YAYIM
20 Sep 2023 | 17:50
“Azərbaycan dilini yaxşı bilmədiyimə görə təhqir olunsam da, vətənin bu günündə xarici kanallara müsahibələri mən vermişəm”-ÖZƏL
16 Sep 2023 | 21:01
“Çalışıram Atillaya kimin övladı olduğunu hər an, hər dəqiqə xatırladım”-Yaqub Zurufçunun xanımı
16 Sep 2023 | 10:49
“Düşmənin Qarabağdakı zirehli texnikaları, istehkamları dəqiq atəşlərlə məhv ediləcək...”
16 Sep 2023 | 12:11
“Ququş anamla xalaqızıdır, səhnədən getməsi məni çox üzdü”
16 Sep 2023 | 13:41
Rusiyanın Birinci Kanalında Azərbaycanın xalq mahnısı səsləndi - VİDEO
AYLIQ
21 Sep 2023 | 13:25
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş bitdi - YENİLƏNİB + FOTO/CANLI YAYIM
21 Sep 2023 | 17:02
Erməni bloqer: “Qarabağda bütün qeyri-qanuni strukturlar buraxılıb”
21 Sep 2023 | 13:55
Azərbaycanda “boz zona” birdəfəlik ləğv edildi
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 17:50
Qarabağ ermənilərinə veriləcək sosial təminatlar açıqlandı – Pensiya, kommunal, maaş...
21 Sep 2023 | 18:11
“94 yaşın içindəyəm, uzunömürlü olmaq üçün kitabları sevmək lazımdır”-FOTOLAR
21 Sep 2023 | 13:23
“Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir" - Türkiyə MN
21 Sep 2023 | 15:26
Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
21 Sep 2023 | 14:28
“Ermənistan Qarabağı ciddi şəkildə minalayıb” - Türkiyə MN
21 Sep 2023 | 18:27
Qarabağda minalar zərərsizləşdirilir