Prezident: Sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi Qarabağdakı ermənilər üçün bir dərs olmalıdır
Cəmiyyət
3848
28 May 2023 | 13:14

Prezident: Sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi Qarabağdakı ermənilər üçün bir dərs olmalıdır

Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.

“Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.

Link kopyalandı!
Son xəbərlər