BDU-nun həmtəşkilatçılığı ilə Beynəlxalq Arbitraj Yay Məktəbi keçiriləcək
Cəmiyyət
3265
26 May 2023 | 15:05

BDU-nun həmtəşkilatçılığı ilə Beynəlxalq Arbitraj Yay Məktəbi keçiriləcək

2023-cü ilin 26-30 iyun tarixlərində İbn Haldun Universiteti (Türkiyə), Bakı Dövlət Universiteti (Azərbaycan) və Türk Arbitraj Akademiyası tərəfindən Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ilk Beynəlxalq Arbitraj Yay Məktəbi keçiriləcək.
 
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
 
Beynəlxalq Arbitraj Yay Məktəbinin məqsədi sözügedən sahədə gənc hüquqşünaslar hazırlamaq, o cümlədən ayrı-ayrı şəxslər, biznes strukturları və təşkilatların iştirak etdiyi Alternativ Mübahisələrin Həlli Platforması yaratmaq üçün türk dövlətlərindən olan alimləri və praktik hüquqşünasları bir araya gətirməkdir.
 
Qeydiyyat üçün son tarix 30 may 2023-cü ildir.
 
Maraqlananlar aşağıdakı linklərdən istifadə etməklə qeydiyyatdan keçə bilərlər:
Link kopyalandı!
Son xəbərlər