Avropa çempionatının bürünc mükafatçısı: “Maksimumu etməyə çalışdım, çox şey alınmadı”
3430
22 May 2023 | 18:20

Avropa çempionatının bürünc mükafatçısı: “Maksimumu etməyə çalışdım, çox şey alınmadı”

“Maksimumu etməyə çalışdım, çox şey alınmadı”.

Bunu bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Zöhrə Ağamirova Bakıda keçirilən 39-cu Avropa çempionatında topla fərdi çıxışında bürünc medal qazanması barədə mətbuat konfransında deyib.

O, turnirə ciddi hazırlaşdığını bildirib və yekunda medal qazandığı üçün məmnunluq ifadə edib: “Məqsədim proqramlarımı yaxşı yerinə yetirmək idi. Ciddi hazırlıq gedirdi. Şadam ki, medal qazana bildim”.

Z.Ağamirova onu və qrup hərəkətləri komandasını təbrik etdiyi üçün Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib: “Mehriban xanıma diqqətinə görə təşəkkür edirəm. Onun bizi təbrik etməsinə görə çox şadıq”.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər